Bakı bulvarının ərazisinin cənubda Bibiheybətə və şərqdə Zığa qədər mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub.
AzPost xəbər verir ki, bu, paytaxtın 2040-cı ilədək inkişafına dair Baş Planında öz əksini tapıb.
Ekspertlər hesab edirlər ki, bulvarın ərazisinin genişləndirilməsi sənaye müəssisələrinin köçürülməsi, yeni yaşıllıq sahələrinin yaradılması ilə yanaşı, ətraf ərazilərdə yeni yaşayış massivlərinin salınması baxımından da əlverişli olacaq.
Bildirilir ki, bulvar ərazisinin genişləndirilməsi paytaxtdakı sıxlığın qarşısını ala bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Xatırladaq ki, Bakı bulvarının salınması 1909-cu ilə gedib çıxır. Bakının dəniz sahilinə paralel uzanan gəzinti yeridir. Onun tarixi 100 ildən çox keçmişə, Bakı neft milyonçularının Xəzər sahili boyu öz malikanələrini tikdiyi və dəniz sahilinin qarış-qarış süni şəkildə salındığı dövrə gedib çıxır.