Bakı Dərin Özüllər Zavodunda qəza baş verib, xəsarət alan yoxdur

Aprelin 9-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qopub və nəticədə barja yanalma körpüsünə toxunub.

“BOS Shelf”dən bildiriblər ki, əməliyyat dərhal dayandırılaraq dayaq bloku limana bərkidilib və digər zəruri tədbirlər həyata keçirilib.

Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur.

Dayaq blokunun yerdəyişmə işləri bərpa edilərək aprelin 10-da gün ərzində adi qaydada icra olunur.

Əvvəlki məqalə

Ukraynada həlak olan azərbaycanlı snayper Goranboyda dəfn edilib – FOTO

Sonrakı məqalə

“Qərb neft və qaza embarqo qoysa, Rusiya müharibəni dayandıracaq” –