Bakı dəniz limanında gəmi yanır

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.