Bakı metrosunda nasazlıq yarandı, sərnişinlər qatarlardan çıxarıldı

Metro
Metro

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov-Dərnəgül” stansiyaları marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında olan zaman bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.

QSC-dən bildirilib ki, metronun normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb.

“Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var”, – deyə QSC-nin yaydığı məlumatda bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.