Bakı sakini özünü polis bölməsində yerə atıb

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

Hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılan zaman polis bölməsinə gətirilib. O, bölmınin ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Əvvəlki məqalə

ABŞ Konqresi Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib

Sonrakı məqalə

FED-ə ilk dəfə qaradərili direktor seçilib