Bakı-Sumqayıt ekspres avtobusları ilə daşınan sərnişinlərin sayı açıqlanıb

Sumqayıtdan Bakı şəhəri istiqamətinə təşkil edilən ekspres avtobuslarla yanvarın 22-də 98 reys həyata keçirilib, 2891 sərnişin daşınıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobusların son dayanacağa çatma müddəti təxminən 35 dəqiqə təşkil edib. Digər nəqliyyat vasitələri eyni məsafəni təxminən 1 saat ərzində qət edə bilir.

Ekspres avtobuslar Sumqayıt avtovağzalı, “Bağçalı evlər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, “Avtovağzal” metrostansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.