Bakı-Sumqayıt yolunda 3 maşın toqquşub- FOTO

Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.

Hadisə Masazır dairəsindən Sumqayıt şəhəri istiqamətində gedən yolda qeydə alınıb.

“Toyota Prius”, “Mercedes” və “Opel Astra” markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan olmasa da, avtomobillərin ikisi yararsız vəziyyətə düşüb. Qəza səbəbindən yolda tıxac müşahidə olunur(apa).

Əvvəlki məqalə

Lukaşenko mümkün varislərinin adlarını açıqladı

Sonrakı məqalə

“Qarabağ” – “Ferentsvaroş” oyununun biletləri satışa çıxarılır