Yeni Kaledoniyadakı fransız hökumətinin təyin etdiyi şəxs müstəmləkəçiliyin tətbiqini və bu istiqamətdəki maraqları qoruyur.
Bu barədə “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
“Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliklə mübarizədə Yeni Kaledoniyanı dəstəkləməyə davam edəcək. Eyni zamanda, Bakı Təşəbbüs Qrupu fərqli beynəlxalq platformalarda Yeni Kaledoniyada baş verən hadisələr ilə bağlı çağırış edir və bu əməkdaşlıq davam edəcək”, – deyə o bildirib.