Bakı–Tbilisi–Ceyhan kəməri ilə 16 milyon tondan çox neft daşınıb

Yanvar-iyul aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 20 milyon 953,3 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 79,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yeddi ayı ərzində bu kəmərlə 16 milyon 559 min ton neft nəql edilib.

Dövr ərzində BTC ilə 2 milyon 614,4 min ton tranzit nefti də ötürülüb.

Əvvəlki məqalə

Bu il 802 min şəxsə sosial müavinət və təqaüd ödənilib

Sonrakı məqalə

Kabinetdə intim videosu yayılan FHN polkovniki vəzifəsindən istefa verib