Bakı və Quba sakinləri “Azərlotereya”da 100 min manat udublar

Yanvar ayı ərzində İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin təşkil etdiyi lotereyalarda 7 böyük Cek Pot udulub.

Bu barədə şirkətin açıqlamasında bildirilib.

Belə ki, bir ay ərzində “Azərlotereya” ASC-nin təşkil etdiyi “Qızıl” ani lotereyasında Cəlilabad rayon və dörd Bakı şəhər sakini  böyük uduş 25 000 manat, “Şans Ulduzu 2” ani lotereyasında Bakı şəhər sakini  böyük uduş 50 000 manat, “Brilliant” ani lotereyasında Bakı və Quba şəhər sakinləri 100.000 manat qazanıblar.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin ani lotereyaları “Qızıl”, “Şans ulduzu” və “Brilliant” böyük uduşların məbləğlərinə görə fərqlənirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Saakaşvilinin əfvi Gürcüstanda vəziyyəti pisləşdirəcək” –

Sonrakı məqalə

İtaliyada beşinci dəfə səsvermə oldu, prezident yenə seçilə bilmədi