Bakı Yeparxiyasının idarəetməsi Pyatiqorsk Yeparxiyasına tapşırılıb

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının idarəetməsi müvəqqəti olaraq Pyatiqorsk və Çerkesskin (Pyatiqorsk Yeparxiyası) arxiyepiskopu Feofilakt Ataya tapşırılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasından bildirilib.

Qeyd edək ki, Bakı və Azərbaycan Yeparxiyasının keçmiş arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr İşein iyunun 10-da 69 yaşında vəfat edib və Birinci Fəxri xiyabanda dəfn edilib.

Din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilən Arxiyepiskop 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni, 2015-ci ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Birinci Qarabağ müharibəsində qəhrəmanlar çox, ordu yox idi, bunu demək istəmişəm”-

Sonrakı məqalə

11 yaşlı qızın dünyaya gətirdiyi körpə öldü