Bakıda 2 avtomobil yanıb

Bakının Xətai rayonunda iki nəqliyyat vasitəsində yanğın olub.

Yanğın Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsində qeydə alınıb. İlkin məlumata görə, zibil qutusunda baş verən yanğın əvvəlcə “Opel” markalı minik avtomobilinə keçib. Daha sonra yanğın genişlənərək, minik avtomobilinin yanındakı “Hyundai” markalı avtobusa keçib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xətai Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.