Bakıda 36, Naxçıvanda 40 dərəcə isti olub

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avqustun 18-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-də günün ikinci yarısında Qusarda qısamüddətli az yağış yağıb.

Havanın temperaturu ötən günlərlə müqayisədə bir neçə dərəcə aşağı enərək Bakıda və Abşeron yarımadasında 31-36 dərəcə, Naxçıvan MR-da 35-40 dərəcə (Ordubad 40 dərəcə), Aran rayonlarında 34-38 dərəcə, Gəncə-Qazax zonasında 35-38 dərəcə, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti olub.

Əvvəlki məqalə

Tolerantlıq siyasəti  üçün vacib çağırışlar

Sonrakı məqalə

“Göyçə Zəngəzur Respublikası” fəaliyyətini dayandırdığını bəyan edib