Bakıda 4 kişinin mənzildə eyni vaxtda ölməsinin səbəbi açıqlandı –RƏSMİ

Bakının Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.

İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Əvvəlki məqalə

Roma Papası Ukraynada sülhə çağırıb

Sonrakı məqalə

“Bu il Avropaya sülh və sabitliyin gələcəyinə inanıram”