Bakıda 50 nömrəli marşrut xətti üzrə ödəniş “BakıKart”la olacaq- BNA

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən müntəzəm marşrut avtobuslarının mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası ilə bağlı tədbirlər davam etdirilir.

BNA-dan bildirilib ki, bu çərçivədə mayın 8-dən etibarən “Neftçilər” metro stansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bununla da gündəlik bu marşrut üzrə orta hesabla 10 minə yaxın sərnişinin rahat gediş-gəlişi təmin ediləcək.

İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Əvvəlki məqalə

Bərdə-Ağdam dəmir yolu xəttinin inşası bu il başa çatacaq

Sonrakı məqalə

“Yeni Klinika”nın keçmiş direktoru Pərviz Abbasov azadlığa buraxılıb