Bakıda 52 yaşlı kişinin güllələnməsi ilə bağlı saxlanılan var.
DİN-dən verilən xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən A.Fətullayevin qardaşı oğlu 1984-cü il təvəllüdlü Fətullayev Elməddin Yunis oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Hadisə ilə bağlı Xətai rayon prokurorluğu da məlumat yayıb. Məlumata görə, qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Qeyd olunub ki, oktyabrın 17-də 1971-ci il təvəllüdlü Arif Fətəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu Arif Fətəliyevi ov silahından bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elməddin Fətəliyev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.