Bakıda ana və oğlunu avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər xəsarər alıb.

APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1991-ci il təvəllüdlü Məhəmmədova Şəlalə Xəqani qızı və onun oğlu 2017-ci il təvəllüdlü Məhəmmədli Səidi avtomobil vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.