Bakıda bəzi yollarda sürət həddi endirilib

30 Oktyabr 2021 - 10:28

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti – Mərdəkan -Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.