Bakıda cənazə daşıyan avtomobilin sürücüsü bıçaqlanıb

Bıçaq
Bıçaq

Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb. APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Abbasquliyev Abdulla Bayram oğlu dava zamanı bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib. Xəstənin hazırda əməliyyat olunduğu bildirilir.

Qeyd edək ki, A.Abbasquliyev cənazə daşıyan avtomobilin sürücüsüdür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.