Bakıda evdə tapılan 4 meyitdən 3-nün kimliyi məlum oldu

Paytaxtın Nərimanov rayonunda evdən meyiti tapılan 4 nəfərdən daha ikisinin kimliyi məlum olub.

Həmin şəxslərin Nəzərov Kənan və Səfərli Pərvin olduğu müəyyən edilib.

Məlumata görə, Pərvin Səfərli bir müddətdir həmin evdə kirayə qalırmış.

Xatırladaq ki, bundan əvvəl ölənlərdən birinin Sumqayıt sakini Kamran Allahverdiyev olduğu müəyyən edilib.

Onu da qeyd edək ki, bu gün səhər saatlarında Kamran Allahverdiyev və dostu Kənan Nəzərovun 5 gün əvvəl itkin düşmələri haqqında məlumat verilmişdir.

Kamran Allahverdiyevin xalası APA-nın əməkdaşı ilə söhbətində Kamranın dostu Kənanla birgə itkin düşdüyünü bildirmişdi.

Əvvəlki məqalə

Ukrayna atəşkəsə əməl etməyəcəyini bəyan edib

Sonrakı məqalə

Zelenski Putinin atəşkəs təklifini rədd edib