Bakıda və Abşeron yarımadasında yaxın günlərdə gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.
O, qeyd edib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşam və 15-də, sonra isə ayın 16-sı axşamdan 17-si səhər və gecə saatlarında şimal küləyinin arabir 15-17 metrə qədər güclənməsi proqnozlaşdırılır:
“Havanın temperaturu ötən həftə ilə müqayisədə 2-3 dərəcə yüksələcək və öz iqlim normasına yaxınlaşacaq”.