Bakının Yasamal rayonunda küçədə meyit tapılıb.
Kişi meyiti Akim Abbasov küçəsində aşkarlanıb.
Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimi Malik Mehdiyev APA-ya bildirib ki, ölən şəxsin yalnız üz nahiyyəsində şişkinlik var.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Meyit morqa təhvil verilib.
Ölümün səbəbləri Yasamal Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.