Bakıda leysan nə vaxta kimi davam edəcək?

Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O deyib ki, dekabrın 3-ü saat 13:00-a olan məlumata əsasən hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.

Gülşad Məmmədova, həmçinin bildirib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.

Əvvəlki məqalə

“Yaxşı silahlanmış Ukrayna Avropa İttifaqı üçün təhlükəli ola bilər”

Sonrakı məqalə

COP29-da əldə olunmuş razılıqlar iqlim dəyişikliyi ilə mübarizədə dönüş nöqtəsidir