Bakıda mənzildə tapılan 4 meyitdən biri 5 gün əvvəl itkin düşmüş məktəblidir-FOTO

Bakının Nərimanov rayonunda mənzildən meyiti tapılanlardan birinin şəxsiyyəti müəyyənləşib.

Kirayə qaldıqları mənzildə dəm qazından boğularaq ölənlərdən biri Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğludur.

Qeyd edək ki, 19 yaşlı K. Allahverdiyev dekabrın 31-də dostu ilə birgə evdən çıxıb və geri qayıtmayıb.

Kamran Allahverdiyev təhsilə gec başladığı üçün hazırda orta məktəbdə oxuyurdu.

Xatırladaq ki, K. Allahverdiyev paytaxtda yerləşən şadlıq evlərindən birində ofisiant işləyib. (APA)

Əvvəlki məqalə

Şəmkirdə valyutadəyişmə məntəqəsindəki qumbara partlayışı barədə

Sonrakı məqalə

Astarada 22 yaşlı qazi nişanlısını niyə bıçaqlayıb? –