Bakıda minlərlə pirotexniki vasitə satan şəxs müəyyən edildi

Paytaxtın Xəzər rayonunda polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan M.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ondan müxtəlif təyinatlı 5000 ədəddən artıq pirotexniki vasitə aşkarlanıb.

Bildirilib ki, faktla bağlı toplanmış material üzrə araşdırmalar davam etdirilir.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.