Bakıda nəvə babasının evindən 8 500 manatlıq oğurluq edib

Bakıda nəvə babasının evindən 8 500 manatlıq oğurluq edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin (baba) nəvəsi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əvvəlki məqalə

Mehriban Əliyeva xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun baş direktoruna məktub göndərib

Sonrakı məqalə

COVID-ə qarşı çox uzun yol qət etsək də, pandemiya hələ arxada qalmayıb