Bakıda nişanlısını öldürüb intihar edən polis müstəntiq olub

Bu gün Bakıda nişanlısını öldürüb daha sonra intihar edən polis əməkdaşı müstəntiq imiş.

Azpost.info “Qafqazinfo”ya istinadən bildirir ki, Nərimanov rayonu ərazisindəki evdə nişanlısı Günay Cabbarovanı qətlə yetirən Tural Aslanovun rütbəsi mayor olub. O, bir müddətdir Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyirmiş.

T.Aslanov daha əvvəl Şamaxı və Qaradağ rayonlarında müstəntiq işləyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

Bakıda polis nişanlısını öldürüb, daha sonra intihar edib

Sonrakı məqalə

Roma Papası Patriarx Kirillə planlaşdırılan görüşü ləğv edib