Bakıda partlayış olan binanın sakinləri üçün çadırlar quruldu –FOTO/VİDEO

Çoxmərtəbəli yaşayış binasında baş vermiş partlayışdan sonra ərazidə çadırlar qurulub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binaya qazın verilişinin müvəqqəti dayandırılması səbəbindən bina sakinlərinin gecələməsi üçün nazirliyin Mülki müdafiə qoşunları tərəfindən ərazidə çadırlar qurulub.

Bildirilib ki, sakinlərin müvəqqəti qalması üçün nəzərdə tutulmuş çadırlar yaşayış üçün müvafiq şəraitlə təmin olunub.

Əvvəlki məqalə

Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atılması ilə bağlı araşdırma aparılır

Sonrakı məqalə

Partlayışda həlak olan polisin FOTOSU