Bakıda Pre-COP29 tədbiri başlayıb –Prezident İlham Əliyev müraciət ünvanlayıb

Bu gün Bakıda “PRE-COP29” tədbiri başlayıb.

Heydər Əliyev Mərkəzində “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusunda keçirilən tədbirin açılış mərasimində COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in prezidenti Sultan Əl Cəbir, BMT Baş katibinin birinci müavini Amina Mohammedi, təşkilatın İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still, Köməkçi icra orqanının sədri Nabil Munir çıxış edəcəklər.

Tədbir iki gün davam edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciət ünvanlayıb.

Prezident İlham Əliyevin müraciətini COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev oxuyub.

Əvvəlki məqalə

Bu günün valyuta məzənnələri

Sonrakı məqalə

Taksilərin avtobus zolağına daxil olması məsələsinə baxılır –