Bakıda qadın əri ilə mübahisə etdi –Özünü binanın damından atdı

Bakının Nizami rayonunda intihara cəhd hadisəsi baş verib.

Hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Əliyeva Aytən Nurəddin qızı həyat yoldaşı ilə mübahisə edib. Daha sonra A.Əliyeva yaşadığı binanın damına çıxaraq özünü atıb. Yaralı komatoz vəziyyətində Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

A.Əliyevanın həyat yoldaşı ilə birgə nigahından üç övladı var.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.