Bakıda Rusiya Mətbuat Günü qeyd olunub –Azərbaycanlı jurnalistlər təltif olunub (FOTO)

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Rusiya Mətbuatı Gününə – dövri mətbuat, kütləvi informasiya vasitələri işçilərinin, jurnalistlərin peşə bayramına həsr olunan tədbir keçirilib. Bayram tarixi günlə – ilk Rusiya qəzetinin nəşrə başlanması ilə bağlıdır. 1703-cü il yanvarın 13-də I Pyotrun fərmanı ilə “Vedomosti” qəzetinin ilk nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan jurnalistləri – informasiya agentliklərinin, mətbu nəşrlərin və elektron KİV-lərin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə təşkil olunan bayram konsertində gənc ifaçılar çıxış ediblər. Daha sonra KİV nümayəndələrinə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Planet üçün təhlükəli olan ev əşyası müəyyən olunub –

Sonrakı məqalə

Yeni ilin 10 günü ərzində 31 narkotacir həbs olunub-