Bakıda tozlu hava müşahidə olunur

Bakı şəhəri və Abşeron yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq toz müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova AZƏRTAC-a bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1,2- 1,4 dəfə artıqdır.

“Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, -deyə qeyd olunub.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Xocalı hava limanında olub

Sonrakı məqalə

Borca görə axtarışda olan 30 nəfər saxlanılıb