Bakıda Türkiyə Cümhuriyyətinin yaradılması qeyd olunub –FOTOLAR

Bakı Türk Şəhidliyində Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin “Twitter” səhifəsində bildirilib.

Tədbirə Türkiyə Səfirliyinin əməkdaşları, Hərbi Attaşelik, müşavirliklər, Bakıdakı türk məktəblərinin nümayəndələri və digər şəxslər qatılıblar.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra Türkiyə səfiri Cahit Bağçı Bakı Türk Şəhidliyi və Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış abidələrin önünə çələng qoyub. O, Türk Şəhidliyinin xatirə dəftərinə ürək sözlərini yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətəndaşların bank kartlarından oğurluq edən yeniyetmə haker tutulub –

Sonrakı məqalə

Əli İnsanov Müsavat başqanı ilə görüşüb –