Bakıda xəstə özünü pəncərədən atmaq istədi –FOTO

1 Saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan xəstələrdən biri tibb işçilərini vahiməyə salıb.

Orxan adlı şəxs xəstəxananın pəncərəsinə çıxaraq, özünü oradan aşağı atacağını deyib. Tibbi heyət və polis işçisi onu fikrindən yayındıraraq, bədbəxt hadisənin qarşısını alıb.

1 Saylı Kliniki Tibbi Mərkəzdən faktı təsdiq ediblər. Bildirilib ki, hadisə ötən gün baş verib: “Həmin şəxs hərarət və nəfəs daralması ilə xəstəxanaya müraciət edib. Aidiyyəti üzrə bir neçə gündür ki, müvafiq şöbədə müalicə alır. Mövcud vəziyyətlə bağlı ailə üzvləri ilə görüşə bilmir. Bu səbəbdən belə bir addım ataraq, diqqət çəkməyə çalışıb. Onunla söhbət aparılıb, vəziyyət izah olunub. Artıq hər şey qaydasındadır, heç bir problem yoxdur”. (Oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda 2 min manatlıq velosiped oğurlanıb

Sonrakı məqalə

Telejurnalist Vaqif Aydınoğlu ATV-də işdən çıxarılıb