Bakıda yeni il gecəsi eyni mənzildə olan 4 kişi nə üçün ölüb? –FOTO

Bakının Nərimanov rayonunda bir mənzildən 4 nəfərin meyiti tapılıb.

Azpost.info bildirir ki, “Qafqazinfo”nun əməkdaşları sözügedən ünvana yollanıblar.

Məlum olub ki, meyitləri aşkarlanmış şəxslər yaxınlıqdakı “Şərq bazarı”nda işləyir, həmin mənzildə kirayə qalırlarmış.

Qeyd edək ki, DİN Mətbuat xidmətinin yaydığı məlumatda meyitlərin üzərində zorakılıq əlamətləri müəyyən olunmadığı bildirilir. İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.

Qonşulardan biri deyib ki, hadisə təxminən 30-31 dekabr tarixlərində baş verib: “10 gün idi ki, kirayə qalırdılar. Birini tanıyırdım. Yaşları 30 olmazdı”.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.