Bakının Suraxanı rayonunda ağır yol qəzası olub.
Hadisə Zığ şossesində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Gərayov Ceyhun Zamiq oğlu idarə etdiyi avtomobildə sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın dirəyə çırpılıb.
Hadisə nəticəsində C.Gərayov və onun qardaşı Gərəyov Coşqun Zamiq oğlu ölüb.
Yaralı sərnişinlər – 2008-ci il təvəllüdlü Cəfərov Vüsal Niyaz oğlu və həmyaşıdı Kərəmli Kənan Emin oğlu Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. (APA)