Bakının 13 küçəsində avtomobillərin hərəkəti qadağan ediləcək –BNA

Şagirdlərin təhlükəsizliyi məqsədilə 2020-ci ildə 22 orta məktəbin ətrafında təhlükəsiz piyada hərəkəti istiqamətində tədbirlər həyata keçirilib.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, nəticədə 35 mindən çox şagird-tələbə və təhsil işçilərinin təhlükəsizliyi təmin olunub.

“Eləcə də mobillik imkanlarının artırılması məqsədilə şəhərin mərkəzi hissəsində (Xaqani bağının ətrafında) 8 küçədə qismən, 13 küçədə isə tamamilə nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi ilə piyada zonalarının yaradılması layihəsi hazırlanıb və aidiyyəti qurumlar ilə razılaşdırılıb”, – deyə V.Kərimli qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yeseninşünaslığa daha bir tohfə –

Sonrakı məqalə

“Dmanisidə toplanan vətəndaşları təmkinli olmağa çağırırıq” –