“Dmanisidə toplanan vətəndaşları təmkinli olmağa çağırırıq” –Gürcüstan DİN davadan qəzəblənən azərbaycanlılara müraciət etdi

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Dmanisidə qarşıdurma tərəflərini polisin qanuni tələblərinə tabe olmağa və münaqişəni süni etnik qarşıdurmaya çevirməmək üçün təmkinli olmağa çağırıb.

Bu barədə Gürcüstan DİN-in yaydığı rəsmi açıqlamasında bildirilib.

“Daxili İşlər Nazirliyi asayişin qorunmasına cavabdeh bir qurum olaraq Dmanisidə toplanan vətəndaşları qanunun tələblərinə əməl etməyə və təmkinli olmağa çağırır. Polis ona verilən mandat çərçivəsində hərəkət edəcək və hər hansı bir qanun pozuntusuna cavab verəcək”, – deyə qeyd olunub.

Açıqlamada o da qeyd olunub ki, mayın 16-da Dmanisidə yerli sakinlər arasında mübahisə qrup zorakılığına çevrilib. Polis qarşıdurmana iştirak edən şəxslərin kimliyini müəyyən edib və istintaq çərçivəsində bütün lazımi cinayət-prosessual hərəkətləri aparılır. Gərginliyin süni şəkildə artmasının qarşısının alınması məqsədi ilə Gürcüstan DİN-in əməkdaşları hadisə yerinə səfərbər olunub. (APA)

Xatırladaq ki, ötən gün Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakının 13 küçəsində avtomobillərin hərəkəti qadağan ediləcək –

Sonrakı məqalə

Əməkdar jurnalist Rauf Mirqədirovun anası vəfat edib