Bakının magistral su kəmərində qəza baş verib

Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki mərkəzi nasos stansiyasından Bakı şəhərini qidalandıran magistral su kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Bakıxanov, Əmircan, Bülbülə, Yeni və Köhnə Günəşli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə  “Azərsu” ASC-dən məlumat verilib.

Əraziyə qəza-bərpa briqadaları cəlb olunub və xüsusi texnikanın köməkliyi ilə təmir işləri aparılır.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Əvvəlki məqalə

Lənkəranda məktəbliyə zorakılıq edən icra başçısının müavini işdən çıxarıldı – RƏSMİ

Sonrakı məqalə

Xarici işlər naziri Ceyhun Bayramov Brüsselə yola düşüb