Bu ilin noyabr ayı ərzində Bakının torpaq bazarında qiymətlərdə stabillik müşahidə olunub.
Bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, ötən ay torpaqların orta satış qiymətində aylıq ifadədə 0,1% azalma qeydə alınıb: “Cari ilin yanvar-noyabr ayları üzrə torpaq bazarında qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə 3,7% artıb”. (APA)