Bakının tramvay xətti çəkiləcək əraziləriMƏLUM OLUB

“Bakı Nəqliyyat Agentliyi (BNA) ötən il 801 milyon sərnişinin daşınmasını təmin edib”.

Bu sözləri BNA-nın İdarə heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli qeyd edib ki, 2019-cu ildə 200-ə yaxın yeni avtobus gətirilib: “Bu il xəttə buraxılacaq avtobusları da hesaba qatsaq, əminliklə demək olar ki, 500 minə yaxın sərnişinin təhlükəsiz şəkildə daşınması təmin olunacaq”.

İdarə heyətinin sədri diqqətə çatdırıb ki, nəqliyyat infrastrukturunun qurulması mərhələli şəkildə həyata keçirilir: “Adicə bir marşrut xəttindəki avtobusların dəyişdirilməsi çox uzun prosesdir. Sürücülər təlimatlandırılmalı, avtobusun keçəcəyi yol, avtobusların küçələrin dönmə dərəcəsinə uyğunluğu hesablanmalıdır və s”.

V.Kərimli vurğulayıb ki, əsas problemlərdən biri peşəkar sürüclərin çatışmazlığıdır: 18 metrlik avtobuslar alınıb. Bu nəqliyyat vasitələrinin idarə edilmısi üçün D, E kateqoriyalı sürücülərə ehtiyac var. Bunun üçün tədbirlər planı həyata keçiririk və bir qədər vaxt tələb edir.

O qəza baş verəndən sonra edilən dəyişikliklər məsələsinə də aydımlıq gətirib: “Bəzən deyirlər ki, filan marşrutda qəza ba verdi, ancaq ondan sonra xətdə dəyişikliklər etdiniz. Xeyr, bu yalnız mərhələ ilə həyata keçirilən prosesn bir hissəsidir. Bundan başqa, Bakıətrafı qəsəbələrə işləyən avtobuslarda ciddi problemlər var. Avtobuslar 22:00-dan sonra, ümumiyyətlə, işləmir. Bütün bunlar diqqətimizdədir”.

Qurum rəhbəri tramvay xəttinin bərpası ilə bağlı məsələyə də toxunub. O qeyd edib ki, Lökbatan və Hövsan qəsəbələrini Neftçilər prospekti üzərindən tramvay yolu birləşdirmək nəzərdə tutulub.

V.Kərimlinin sözlərinə görə, Dənizkənarı Milli Parkın ilk zolağı hesabına bu tramvay xətti qurula bilər: “Hazırda hesablamalar aparılır. Əgər bu, nəticələr müsbət olsa, biz ümumiyyətlə, ictimai nəqliyyatı Neftçilər prospektindən yığışdırmağı nəzərdə tuturuq”. (Ted.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çinin Bakıdakı müvəqqəti işlər vəkili İlham Əliyevə təşəkkür etdi:

Sonrakı məqalə

Çində koronavirus səbəbindən ölənlərin sayı 490 nəfərə çatıb