“Bakubus”un avtobusu mağazaya çırpılıb

Bakıda marşrut avtobusu qəza törədib.

BNA-dan verilən məlumata görə, axşam saatlarında Nizami rayonu C.Naxçivanski küçəsində Bakubus MMC-nin istismarında olan 30 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “BMC” markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, avtobusun əyləc sistemində nasazlıq olduğundan nəqliyyat vasitəsi yaxınlıqdakı mağazanın divarına dəyib. Hadisə nəticəsində avtobusa və mağazaya ziyan dəysə də heç bir xəsarət halı qeydə alınmayıb. Bakı Nəqliyyat Agentliyi hadisə ilə bağlı araşdırma aparır, BakuBus MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb.

Əvvəlki məqalə

Hikmət Hacıyev İstanbulda bir sıra görüşlər keçirib

Sonrakı məqalə

Sabirabad bazarındakı yanğın söndürülüb-