Baltik dənizində NATO-nun irimiqyaslı hərbi təlimləri başlayıb

Baltik dənizində NATO-nun irimiqyaslı BALTOPS 24 hərbi təlimləri başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələri məlumat yayıb.

Klaypeda limanında hərbi təlimlərə hazırlıq zamanı Litva tərəfi NATO müttəfiqlərinin 30-dan çox hərbi gəmisini, 4000-dən çox dənizçini, dəniz piyadalarını, dəniz aviasiyasını və digər hərbi dəniz mütəxəssislərini qəbul edəcək.

Təlimlərdə amfibiya desantları, atəş dəstəyi, sualtı qayıqlara qarşı döyüş, hava hücumundan müdafiə, minaların axtarışı və təmizlənməsi, yerüstü və sualtı məsafədən idarə olunan cihazların istismarı gerçəkləşdiriləcək.

İsveç NATO üzvü kimi ilk dəfə hərbi təlimlərdə iştirak edir. Halbuki ölkə 1990-cı ildən BALTOPS-un üzvüdür.

Təlim ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa və Afrika Komandanlığı və ABŞ-ın 6-cı Donanması tərəfindən təşkil edilir. Təlimin komandanlığı və nəzarəti NATO Hücum Qüvvələri və Dəstək Qərargahı tərəfindən təmin ediləcək.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycan olmadan Avropanın qaz təchizatını təsəvvür etmək mümkün deyil” –

Sonrakı məqalə

“Qarabağ” ölkəmizə ən çox əmsal qazandıran ikinci komandadır –