“Barselona” “Real Madrid”i məğlub etdi, superkuboku qazandı

İspaniya Superkubokunun qalibi müəyyənləşib.

Həlledici qarşılaşmada “Real Madrid” və “Barselona” klubları üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fahd Stadionunda baş tutan matç gərgin keçib.

Oyunda 3:1 hesabı ilə sevinən tərəf Kataloniya təmsilçisi olub.

Qolları Qavi, Levandovski və Pedri vurub.

“Real Madrid”dən son dəqiqələrdə Benzema fərqlənib.

Əvvəlki məqalə

Vaxtanq Kikabidze anasının yanında dəfn olunacaq

Sonrakı məqalə

Dneprdə raket zərbəsi nəticəsində ölənlərin sayı 30-a çatıb