“Barselona” son dəqiqədə qələbə qazanıb

Aprelin 10-da futbol üzrə İspaniya La Liqasının 31-ci turunun daha bir oyunu keçirilib.

İkinci pillədə qərarlaşan “Barselona” səfərdə autsayder “Levante” komandasının qonağı olub.

Görüş qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniya təmsilçisinin heyətində Pyer Emerik Obemeyanq (59), Pedri (63), Lyuk de Yonq (90+2), meydan sahiblərinin heyətində isə Jose Luis Morales (52) və Qonzalo Melero (83) fərqləniblər.

Qeyd edək ki, “Levante” 56-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu qələbədən sonra xallarını 60-a çatdıran “Barselona” 2-ci pilləyə yüksəlib. “Levante” isə 22 xalla La Liqada qalmaq (19-cu yer) uğrunda mübarizə aparır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.