Baş infeksionist:"Pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur"

“Biz bütün hallarda Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə çalışırıq. Amma hələ ki, ÜST-ün nağdsız ödənişlərə bağlı tövsiyəsini Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri sırasına daxil etməmişik”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva ÜST-ün koronavirusa yoluxdurma ehtimalı yaratdığına görə pulla deyil, nağdsız şəkildə ödəniş edilməsinə üstünlük verilməsinə dair tövsiyəsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, nəinki kağız pullarda, ümumiyyətlə, hansı obyektə daha çox insan əlinə dəyirsə, bu halda mikrobioloji çirklənmə baş verir: “Biz dəfələrlə demişik ki,  koronavirusun yeni növü ətraf mühitdə çox davamlı deyil və əşyaların üzərindəki canlılığını itirir. Ümumiyyətlə, istər pul, istərsə də digər əşyalara toxunduqdan sonra əlləri təmiz yumaq lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İraq XİN:

Sonrakı məqalə

Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçılarını qəbul etdi