Baş nazir Əli Əsədov Tehrandadır, anım mərasimində iştirak edəcək

Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edib.

Baş nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrandadır.

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehranda keçirilən rəsmi anım mərasiminə qatılacaq.

Əvvəlki məqalə

İrlandiya, İspaniya və Norveçin səfirləri İsrail XİN-ə çağırılıb

Sonrakı məqalə

DİN işğaldan azad olunan bölgələrdə çalışanlara müraciət edib