Baş nazirin sədrliyi ilə İqtisadi Şuranın növbədənkənar iclası keçirilib

Bu gün İqtisadi Şuranın növbədənkənar iclası keçirilib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarından irəli gələn iqtisadi siyasət və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda gündəlikdəki məsələlər üzrə Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Əvvəlki məqalə

Azərbaycan Prezidenti Münhendə Avropa İnvestisiya Bankının prezidenti ilə görüşüb

Sonrakı məqalə

“Finlandiya NATO-ya İsveçlə eyni vaxtda üzv olmaq istəyir”