Batıgöz Klinikası vətəndaşlar üçün pulsuz göz müayinəsi aksiyası keçirib –FOTO /VİDEO

Batıgöz Klinikası və DOST mərkəzinin əməkdaşlığı ilə pulsuz göz müayinəsi aksiyası keçirilib.

Batıgöz Klinikası sosial layihələrini davam etdirir. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar 4 saylı Bakı DOST Mərkəzində vətəndaşların pulsuz göz müayinəsi aksiyası keçirilib.

Batıgöz Klinikasının mütəxəssisləri tərəfindən həyata keçirilən aksiyada vətəndaşlar üçün müayinələr aparılıb, həmçinin bu sahə üzrə maarifləndirici bukletlər paylanıb.

Gün ərzində davam edən aksiyada onlarla vətəndaş iştirak edib.

 

Əvvəlki məqalə

Sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb

Sonrakı məqalə

Dünən 6 nəfər COVİD-ə yoluxub, 6 nəfər sağalıb