Batumidə çoxmərtəbəli binada güclü yanğın baş verib

Dekabrın 19-da gecə saatlarında Batumidə yerləşən çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Yanğın çoxmərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən restoranda olub.

Yanğın artıq aşağı mərtəbələrə də keçib. Binanın 25-ci mərtəbəsinin sakinləri, habelə aşağı mərtəbələrdə və yaşayış kompleksindəki digər yanaşı binaların sakinlərinin də təxliyəsi həyata keçirilib. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Hadisə yerinə xeyli yanğınsöndürmə və xilasetmə qrupları, təcili yardım briqadaları cəlb olunub.

Əvvəlki məqalə

Rusiya sülhməramlısının ailə üzvləri Laçın yolundan maneəsiz keçib –

Sonrakı məqalə

Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində 334 km-dən çox yeni təminat yolu çəkilib